Вернуться назад Распечатать

Neuralink 2026-cı ilə qədər kor adamın görmə qabiliyyətini bərpa etməyi planlaşdırır - Mask

Amerikalı sahibkar İlon Mask bildirib ki, 2026-cı ildə onun Neuralink şirkəti tamamilə kor bir insanın görmə qabiliyyətini bərpa edəcək əməliyyat həyata keçirə bilər.

1xeber.media xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsində yazıb.

“Biz gələn il tamamilə kor bir insanın görmə qabiliyyətini (qismən) bərpa etməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə biznesmen bildirib.

O, müvafiq nəşri şirkətin Kanadada iki əməliyyat keçirməsi barədə bəyanatına cavab olaraq yerləşdirib - onlar ABŞ-dan kənarda həyata keçirilən ilk əməliyyatlardır.

Daha əvvəl məlum olmuşdu ki, Neuralink çipli ALS xəstəsi kompüteri dili ilə idarə etməyi öyrənib.