Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.
1xeber.media “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.
Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.
Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.