Вернуться назад Распечатать

Almaniyanın xarici işlər naziri “Şimal axını”nın partlayışını “terror aktı” adlandırıb

Almaniyanın xarici işlər naziri Johann Wadephul “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partlamasını “terror aktı” adlandırıb.

1xeber.media xəbər verir ki, O, bu barədə “India Today” telekanalına müsahibəsində deyib.

"Biz yalnız dağıntıları gördük və təbii ki, bu, mən deyərdim ki, terror aktı idi. Hazırda araşdırma aparılır", - XİN rəhbəri bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, tam olaraq Almaniyanın ədliyyə sisteminə arxalanır, o, baş verənlərə görə kimin günahkar olduğunu öyrənməli, günahkar və ya günahkarları məsuliyyətə cəlb etməlidir.

Avqustun 20-də İtaliya polisi Rimini şəhəri yaxınlığında Ukrayna vətəndaşı Sergey Kuznetsovu saxlayıb. Müstəntiqlərin fikrincə, həmin şəxs Şimal axınında təxribat törətmək üçün istifadə edildiyi iddia edilən Andromeda yelkənli yaxtasının ekipajının üzvü olub.