Вернуться назад Распечатать

Avropa ABŞ-ın köməyi olmadan Rusiyaya təzyiq göstərə bilməz - Merz

Avropa Amerikanın köməyindən asılıdır və ABŞ dəstəyi olmadan Rusiyaya təzyiq göstərə bilmir.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 5-də Almaniya kansleri Fridrix Merz məlumat verib.

O, rəhbərlik etdiyi Xristian Demokrat Birlik (CDU) partiyasının YouTube kanalında dərc olunmuş müsahibəsində deyib: “Mən narahatam və buna görə yüklənirəm, etiraf etməliyəm ki, biz avropalılar olaraq hazırda həqiqətən oynamaq istədiyimiz rolu oynaya bilmirik”.

Merz həmçinin qeyd edib ki, Avropa Amerikanın köməyindən asılıdır, Çin, Braziliya və dünyanın digər ölkələri isə Rusiya ilə münasibətlərdə özlərini “azad hiss edirlər”. Almaniya kansleri Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində digər dövlətlərlə tərəfdaşlığının inkişaf etdirilməsinə də diqqət çəkib.