Вернуться назад Распечатать

Polşanın Baş naziri Tusk Belarusu Zapad-2025 təlimləri ilə bağlı xüsusi tədbirlərlə hədələyib

Polşa Rusiya-Belarus “Qərb-2025” təlimləri zamanı ehtimal olunan təxribatlarla bağlı Belarusa qarşı “xüsusi tədbirlər” görməyə hazırdır.

1xeber.media xəbər verir ki, bunu sentyabrın 5-də Polşanın baş naziri Donald Tusk deyib.

"İstisna etmirəm, bu barədə gələn həftə daha çox danışacam, əgər Belarus tərəfinin təxribatları davam edərsə, biz Belarusa qarşı xüsusi tədbirlər tətbiq edəcəyik", - o, TVP İnfo kanalının yayımladığı mətbuat konfransında deyib.

Belə ki, o, qarşıdan gələn “Qərb-2025” Belarus-Rusiya təlimlərini şərh edərək, onları “aqressiv” və “müdafiə yox, hücumu simulyasiya” adlandırıb.