Вернуться назад Распечатать

Tovuz Kollecindən Bakı Kollecinə gətirilən HAQSIZLIQ-Hicran Əyyubova işçilərdən NƏ İSTƏYİR?-İDDİA


Bir müddət öncə Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktoru,10 iyul 2025 -ci il tarixində isə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə rəhbər gətirilən Hicran Əyyubova haqqında daha bir iddialı məlumat var.

Kollecdə dəftərxana müdiri vəzifəsini icra edən Haşımlı Nigar 1xeber.media qaynar xəttinə müraciət edərək haqsızlıqla üzləşdiyini iddia edir.

Vətəndaşın şikayətini olduğu kimi təqdim edirik:

"Mən Haşımlı Nigar İsmayıl qızı 15.10.2024-cü ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində işləyirəm. İşlədiyim dövr müddətində kollecin əvvəlki direktoru ilə heç bir problemim olmayıb. İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam. 09.07.2025-ci il tarixdə kollecə Hicran Əyyubovaya 3 aylıq (müvəqqəti)  direktor təyin olunub.

Təyinatından  bir neçə gün sonra məndən heç bir səbəb olmadan ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Himayəmdə iki azyaşlı körpəm var. Övladlarımın birinin 2, digərinin isə 6 yaşı var. Dəfələrlə işdən çıxmayacağımı bildirmişəm.

Hicran Əyyubova məni işdən çıxara bilmədiyi üçün təziqlərə başlamışdır. İlk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib. Necə ola bilər ki əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra bitdi. Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün Azərbaycanın I-ci vitse prezidenti xanım Mehriban Əliyevaya, Dövlət Əmək Müfəttişliyinə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə məktubla müraciət etmişəm. 

Hicran Əyyubova Tovuz Dövlət Sosial-İqtisadi kollecində həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Kollecin tütoru işdə etdiyi xırda səhvə görə təhdid olunub ərizə yazmağa məcbur edildi. Direktor işçinin yeni və təcrübəsiz olduğunu nəzərə almayaraq işçini əmək məcəlləsinin maddəsi ilə işdən çıxaracağı və bir də heç bir yerdə iş tapa bilməyəcəyi ilə təhdid etmişdir. İşçinin gün ərzində ərizəsini geri götürmək hüququ vardır. Lakin Hicran Əyyubova ərizəni qəbul etməyib tütoru qanunsuz olaraq işdən azad etmişdir. 
Hicran Əyyubovanın şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə çıxan xəbərlərdən hamıya məlumdur. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur.

Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılmışdır. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmamışdır. Tovuz Dövlət Sosial-İqtisadi kollecin müəllimləri İsayeva Aygün Müslüm qızı, Vəliyevə Aynur Mirzəli qızı qanunsuz olaraq işdən çıxarıldıqları üçün Hicran Əyyubovanı məhkəməyə vermişdir. 
Hicran Əyyubovanın qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız məqalələr, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

Bundan əlavə,kollecin anbardarı məzuniyyət müddətində 10 gün işə çağırılıb və fəhlə kimi işlədilib. Qarşılığında isə maaşını da verilməyib. Cavab olaraq isə  "Mənim üçün işləməmisən ki, kollec üçün isləmisən" deyilib.

Daha sonra anbardar məzuniyyətdə ola-ola,xəbərdarlıq edilmədən müqavilə müddəti bitdiyi üçün işdən  çıxarılıb,pulu da ödənilməyib."

Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağöa hazırıq.