Вернуться назад Распечатать

Astarada kütləvi zəhərlənənlərdən 2-nin vəziyyəti ağırdır - YENİLƏNİB

Bu gün saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə 1xeber.media -ya  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.

Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

*** 

Astarada kütləvi zəhərlənmə olub.

1xeber.media Report-a istinadən xəbər verir ki, Astara rayonunda 15 yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Onlardan 10 nəfəri infeksion şöbəyə yerləşdirilib.

Fakt araşdırılır.