Вернуться назад Распечатать

Putinin Moskva görüşü təklifi ciddi deyil - Ukrayna

Kiyev Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə Moskvada görüşmək təklifini qeyri-ciddi hesab edir.

1xeber.media xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxı Moskvanın təşəbbüsünə belə cavab verib.

"Bizim üçün bu Moskvada danışıqlar təklifi Putinin görüşmək istəməməsinin əlamətidir. Təklif əvvəldən qeyri-ciddidir", - diplomat bildirib.

Tıxi əlavə edib ki, Kiyev Ukraynanın xarici tərəfdaşlarına, o cümlədən ABŞ-a Moskvanın danışıqlardan imtina etməsi barədə məlumat verməyə davam edəcək.

Bundan əvvəl Putin ABŞ prezidenti Donald Trampın xahişi ilə Zelenskini görüş üçün Moskvaya dəvət edib. O vurğulayıb ki, ən yüksək səviyyədə söhbət yaxşı hazırlanmalı və müsbət nəticələrə səbəb olmalıdır.

Ukraynanın xarici işlər naziri Andriy Sybiha cavab olaraq bildirib ki, iki liderin görüşü Avstriya, Vatikan, İsveçrə, Türkiyə və Fars körfəzi ölkələrində baş tuta bilər.