Вернуться назад Распечатать

Heydər Əliyev Su Anbarının ətrafı tullantılardan təmizlənib

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 5 sentyabr tarixində Heydər Əliyev Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib.

1xeber.media xəbər verir ki, “Təmiz ölkəm” devizi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yanındakı və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər və “ASAN” könüllüləri iştirak edib.

Ərazi ümumilikdə 140 kiloqramdan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.