Вернуться назад Распечатать

Avropa Ukraynanı aldatmaqda ittiham olunur

Avropa liderləri Ukraynanı müdafiə etməyə hazır olduqları barədə yalan danışıblar.

1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, “istəklilər koalisiyası”nın bir gün əvvəl Parisdə keçirilən görüşünün nəticələri Kiyevlə həmrəyliyin növbəti boş nümayişidir.

Müəllifin fikrincə, Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi planı hərbi əməliyyatların dayandırılmasının qarşısını alır, çünki Rusiya bununla razılaşmayacaqdır.

"Avropa Ukraynaya yalan danışır. Onu xilas edəcək heç bir əsgər olmayacaq", - məqalədə vurğulanır. Bundan əlavə, nəşr qeyd edib ki, sammitdə Kiyevin NATO-ya qəbulu barədə heç bir məlumat yoxdur.

Daha əvvəl görüşün yekunlarına görə Makron Ukrayna üçün təhlükəsizlik zəmanətləri, o cümlədən xarici qoşunların yeridilməsi ilə bağlı hazır layihənin mövcudluğunu açıqlamışdı. Onun sözlərinə görə, 26 dövlət Ukraynaya kontingent göndərməyə və ya onun yerləşdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.