Вернуться назад Распечатать

Tramp Rusiyaya necə təzyiq edəcək?

Donald Tramp Avropa liderlərindən Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya iqtisadi təzyiq göstərməyi tələb edib.

1xeber.media xəbər verir ki, ABŞ prezidenti hesab edir ki, Avropa Rusiya neftini almağı dayandırmalı və Çinə təzyiqi artırmalıdır, dünya mətbuatı yazır.

Trampın açıqlamaları Vladimir Putinin Çinə səfərinə reaksiya idi. Orada o, yeni qaz kəmərinin çəkilməsinə razılıq verib və Rusiyanın qələbə üçün mübarizə aparmağa hazır olduğunu bildirib. Donald Trampın Rusiyaya təzyiq etmək rıçaqları hələ də varmı? Yeni tariflər və sanksiyalar necə ola bilər? Bəs Qərb Rusiya neftindən və qazından imtina etməyə hazırdırmı? Bu və digər suallara BBC Rus Xidmətinin iqtisadi müxbiri Aleksey Kalmıkov cavab verir.