Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Ermənistandaki oteldə onunla selfi çəkdirmək istəyən azarkeşi itələyib.
1xeber.media xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
İnsident Portuqaliya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ermənistan yığması ilə oyunu öncəsi qaldığı Seven Visions Dvin otelində baş verib. Ronaldo Dioqo Kosta ilə koridorda gedərkən bir fanat onun yanına qaçaraq onunla selfi çəkdirməyə çalışıb. Ronaldo kişini itələyərək yeriməyə davam edib.
Təhlükəsizlik əməkdaşları vəziyyətə müdaxilə edib. Onlar Ronaldoya girən fanatı aparıblar.
Sentyabrın 6-da Ermənistan və Portuqaliya yığmaları arasında keçiriləcək.
Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir. İyun ayında o, klubu ilə yeni iki illik müqavilə imzalayıb. Onun şərtlərinə görə, o, komandanın ortaq sahibi olub və mövsümdə 180-200 milyon avro qazanacaq.