Вернуться назад Распечатать

Biləcəridəki qəza ilə bağlı TƏBİB-dən açıqlama

 

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəyol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub.

Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb