Вернуться назад Распечатать

Azercell-dən şikayət var-Şirkət növbəti dəfə haqsız qazanc yolundadır!-İDDİA

Azersel növbəti dəfə haqsız qazanc yolundadır!

Azersell-dən haqsız ödəniş-abunəçilərin hüquqları pozulur.1xeber.media vətəndaş narazılığını olduğu kimi təqdim edir?

"Mən, Azersell mobil operatorunun abunəçisiyəm. Hər ay Azərsell tərəfindən 2 manat məbləğində xidmət haqqı ödənilməsinə baxmayaraq, telfefon nömrəmin mənə məxsus olduğunu təsdiq edən sadə bir sənədin təqdim olunması üçün məndən əlavə olaraq 5 manat ödəniş tələb olunur. 
Bu, həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir. Abunəçi olduğum halda, mənim hüququm olan bir məlumatın verilməsinə görə əlavə ödəniş tələb olunması əsassız və haqsız qazanc məqsədi güdür. 


Mən bu cür davranışa etiraz edir, aidiyyatı qurumları-Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər müvafiq orqanları bu məsələyə müdaxilə etməyə çağırıram. 

Azərsell abunəçilərinin hüquqlarına hörmətlə yanaşmalı, şəffaflıq və məsuliyyət prinsiplərinə əməl etməlifir."-deyə şikayətçi bildirir.