Вернуться назад Распечатать

Məşhur biznesmen qardaşların əmlakına HƏBS QOYULDU

Rusiyada məhkəmə icraçıları “KDV Qrup”un təsisçiləri, qardaşlar Nikolay və Denis Ştenqelovların əmlakına həbs qoyublar.

1xeber.media Rusiya mediasına istinadən xəbər verir ki, onlara məxsus “Kiriyeşki” və “Yashkino” markalarını birləşdirən “Konditerus Kom” şirkəti də qərara daxil edilib.

Moskvanın Tver Rayon Məhkəməsi ümumilikdə 271 icra sənədi təqdim edib. Avqustun sonunda Baş Prokurorluq Ştenqelov qardaşları barədə “ekstremist birlik”lə bağlı iddia qaldıraraq onların gəlirlərinin dövlət xeyrinə müsadirəsini tələb edib.

Rəsmi məlumatlarda vurğulanır ki, hazırda xaricdə yaşayan iş adamlarının qazancının bir hissəsi Ukrayna ordusu və digər qadağan olunmuş qurumların maliyyələşdirilməsinə yönəldilib.