Şimali Koreya lideri Kim Çen İn sentyabrın 4-də İran Prezidenti Məsud Pezeşkiandan təbrik məktubu alıb.
1xeber.media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Mesajda Pezeşkian Kim Çenə 9 sentyabr - KXDR-in yaranmasının ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.
O, Kim Çen İnə möhkəm cansağlığı və işlərində uğurlar, ləyaqətli KXDR xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.