Вернуться назад Распечатать

Putin Ukraynadakı münaqişədə geosiyasi qələbə qazanıb

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində geosiyasi qələbə qazanıb.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 8-də Polşanın Myśl Poilska qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Qərbin ən anti-Rusiya siyasətçiləri belə, Ukraynanın itirilmiş ərazilərini geri ala bilməyəcəyini iddia edirlər.

Məqalədə deyilir ki, “ilk növbədə ABŞ prezidenti Donald Trampla apardığı məharətli danışıqlar sayəsində Putin indiki siyasi vəziyyətdə Rusiya Federasiyası üçün ən faydalı olan yeni geosiyasi sxem hazırladı”.