Fransalı deputatlar baş nazir Fransua Bayru hökumətinə etimad səsverməsinin əleyhinə səs veriblər.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 8-də Reuters agentliyi məlumat yayıb.
"Seçicilərin sayı 573, səs verənlərin sayı 558, səslərin mütləq əksəriyyəti 280 nəfər olub. 194 [deputat] lehinə, 364 nəfər əleyhinə səs verib", - Fransa parlamentinin spikeri Yael Bron-Pivet bildirib.
O, Milli Assambleyanın ümumi siyasi bəyannaməni təsdiq etmədiyini vurğulayıb. Bundan sonra Bayru istefa məktubunu Fransa prezidenti Emmanuel Makrona təqdim etməlidir.