Вернуться назад Распечатать

Ukrayna Silahlı Qüvvələri Donetskə kütləvi hücuma keçib

Ukrayna Silahlı Qüvvələri (AFU) raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə Donetsk və Makeyevkaya kütləvi hücuma keçib.

1xeber.media xəbər verir ki, bu barədə “Operation Z: Rus Bahar Müharibəsi Müxbirləri” (RusVesna) Telegram kanalı məlumat yayıb.

"AFU raket və pilotsuz təyyarələrlə birgə hücuma keçir. Makeyevkada mənzillərə zərbələr endirilir. Hava hücumundan müdafiə qüvvələri Donetsk üzərində düşmənin pilotsuz təyyarələrini vurur", - məlumatda deyilir.

Hücum nəticəsində Makeyevkanın Çervonoqvardeyski rayonunda pilotsuz təyyarə çoxmərtəbəli binaya düşüb, bir nəfər sağ qalmayıb. Digər qurbanlar barədə məlumat hələ ki, məlum deyil.

Bundan əvvəl Saratov vilayətinin qubernatoru Roman Busargin yerli sakinlərə Ukrayna pilotsuz təyyarəsinin zərbəsi təhlükəsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, xəbərdarlıq Rusiya Müdafiə Nazirliyindən gəlib.