Fransa və Almaniya Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində “Lukoyl” və onun törəmə şirkəti “Litasco”ya məhdudiyyətlər tətbiq etməyi təklif ediblər.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 8-də diplomatlara istinadən Barron qəzeti məlumat yayıb.
“Almaniya və Fransa Ukraynadakı münaqişə ilə bağlı Aİ-nin yeni sanksiyalar paketinin bir hissəsi kimi Rusiyanın neft nəhəngi “Lukoyl”a qarşı sanksiyalar tətbiq etməyə çalışır”, – məqalədə deyilir.
Məhdudiyyətlərin “Lukoyl”un törəmə şirkəti “Litasco”ya da təsir edə biləcəyi dəqiqləşdirilir. Mənbələrin məlumatına görə, Fransa və Almaniya Rusiya neftinin Aİ-yə ixracında iştirak edən üçüncü ölkələrin neft emalı zavodlarına, eləcə də Rusiya nefti ilə işləyən ticarət firmalarına da zərbələr endirmək istəyirlər.