Fransa xroniki siyasi qeyri-sabitliklə üzləşib və artan maliyyə böhranının öhdəsindən gəlmək iqtidarında deyil.
1xeber.media xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.
Bildirilir ki, Fransa artıq dalana dirənib.
Məqalə müəllifinin sözlərinə görə, ölkə təkcə hökumətin dağılmasına deyil, eləcə də Prezident Emmanuel Makronun istefasına doğru irəliləyir. Üstəlik Fransa liderinin əhali arasında güvəni 15 faizə düşüb.
Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyasının deputatlarının əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra hökumətə etimad göstərməyib.