Вернуться назад Распечатать

Xalq artisti Sərdar Fərəcovun son durumu

Xalq artisti Sərdar Fərəcovun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. 

1xeber.media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

06.09.2025-ci il tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. 

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Huşu aydın, hemodinamik göstəriciləri stabildir.