Вернуться назад Распечатать

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? - XİN-dən açıqlama

Nepalda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya bildirib.

Qeyd edək ki, Nepalda etirazlar nəticəsində 19 nəfər ölüb, xəsarət alanların sayı 500 nəfərə çatıb.

Etirazçılar parlament binasını yandırıb. İğtişaşlar fonunda Baş nazir istefa verib.

Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.