Вернуться назад Распечатать

Daxili qoşunların bu xərcləri dövlət büdcəsi hesabına ödəniləcək

Daxili qoşunların maliyyə təminatının hüquqi əsası yaradılacaq.

1xeber.media  məlumatına görə, bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların maliyyə təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçiriləcək.

Daxili qoşunların maliyyələşdirilməsi Azərbaycan dövlət büdcəsində ayrıca sətirlə müəyyən ediləcək.
Daimi yerləşdiyi yerlərdən kənarda xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunmuş daxili qoşunların hərbi qulluqçularının xidməti yaşayış sahələri, kommunal xidmətlər, rabitə xətləri və kanalları, nəqliyyat vasitələri, yanacaq-sürtgü materialları, əlavə qida məhsulları ilə təmin edilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.