Rusiya Qərb ölkələrinin Milorad Dodiki Serb Respublikasında (RS) hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini kəskin şəkildə pisləyir.
1xeber.media xəbər verir ki, bunu sentyabrın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz qondarma cinayət işləri vasitəsilə Qərb üçün arzuolunmaz olan serb liderlərini, xüsusən də <...> Serb Respublikasının qanuni prezidenti Milorad Dodiki hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik", - Lavrov RS rəhbəri ilə görüşündən sonra deyib.
Lavrov qeyd edib ki, Dodik-in vəzifəsindən uzaqlaşdırılması cəhdləri onun BMT-nin Bosniya və Herseqovinadakı (BH) Ali Nümayəndəsi Kristian Şmidtin əmr və qərarlarına tabe olmaması ilə bağlı cinayət əməli törətməkdə ittihamlara əsaslanır.