Вернуться назад Распечатать

Polşa Belarusla sərhədi bağlayır

Polşa sentyabrın 11-də Belarusla sərhədi tamamilə bağlamaq niyyətindədir.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib, Polşanın “Rzeczpospolita” qəzeti yazır.

Siyasətçinin fikrincə, bu addıma səbəb Belarus və Rusiyanın “Zapad-2025” birgə hərbi təlimləri olub.

“Milli təhlükəsizlik məsələlərini nəzərə alaraq, cümə axşamından cümə gününə keçən gecə “Zapad-2025” təlimləri ilə əlaqədar Belarusla sərhədi, o cümlədən dəmir yolu üzərindəki sərhəd keçidini bağlayacağıq”, - deyə Tusk bildirib.

Bundan əvvəl Şimali Atlantika Alyansı ölkələri Rusiyanın “Zapad-2025” hərbi təlimlərinə cavab verəcəklərini vəd etmişdilər. "Biz NATO və Aİ sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq; həm qonşu ölkələr, həm də NATO-nun özü onları çox ciddi qəbul edir", - Litvanın müdafiə nazirinin müavini Tomas Qodliauskas deyib.