Вернуться назад Распечатать

İftixar Piriyev vəzifədən getməsindən danışdı: "25 il teatrı çiynimdə daşıdım"

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev vəzifəsindən azad olunmasından danışıb.

1xeber.media xəbər verir ki, Sabiq direktor açıqlamasında pensiya yaşının çatdığını bildirib:
"Pensiyaya çıxdım, bu mənim ürəyimcədir. Nə qədər işləmək olar? Çox işlədim. 25 il İrəvan Teatrını çiyinlərimdə daşıdım. Artıq yorulmuşam, mən də bir az dincəlmək istəyirəm. Yaradıcılığım var, uşaqlarıma, nəvələrimə vaxt ayırmalıyam. Yaşamaq da lazımdır. Xarici ölkələrdə pensiyaya gedən adamlar sevinirlər, Bakıda isə hamı işdən yapışıb. Ömrümün sonuna kimi işləməli deyiləm ki. Dincəlmək də lazımdır".
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev vəzifəsindən azad olunub.