Nepalın paytaxtı Katmanduda Z nəsli hərəkatının üzvlərinin Baş Prokurorluq, Rayon Məhkəməsi və Ali Məhkəmənin binalarını yandırdığı etirazlar davam edir.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 9-da “Khabarhub” məlumat yayıb.
"Ali Məhkəmənin binasının yandırılması ilə bağlı xəbərlər var idi. Etirazçılar həmçinin Baş Prokurorluğa hücum edərək, vandalizm və yanğın törədiblər. Oxşar hadisələr Katmandu Xüsusi Məhkəməsində və Rayon Məhkəməsində də baş verib", - məqalədə deyilir.
“Xəbərhub” həmçinin Nepal Ali Məhkəməsinin sözçüsü Nirajan Pandeyə istinadən xəbər verir ki, o, etirazçıların binaya bitişik ərazidə avtomobillərə ziyan vurduğunu, həmçinin onları yandırdığını bildirib.