1xeber.media xəbər verir ki, Venesuela prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro çərşənbə axşamı, sentyabrın 9-da bildirib ki, III Dünya Müharibəsi artıq başlayıb.
"Roma Papası Fransisk iki il əvvəl demişdi ki, biz III Dünya Müharibəsinə doğru gedirik. Mən inanıram ki, o, artıq başlayıb", - o, RT telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ özünün “dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu” sırımaq məqsədi ilə artıq bu müharibənin planını düşünüb.