Вернуться назад Распечатать

HƏMAS-ın yüksək rəhbərliyi hədəfə alınıb

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının yüksək rəhbərliyinə zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 9-da İDF-nin sözçüsü məlumat yayıb.

“Uzun illər HƏMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edib, 7 oktyabr [2023-cü il] vəhşicəsinə qırğına görə bilavasitə məsuliyyət daşıyırlar və İsrail dövlətinə qarşı müharibə təşkil edib, müharibə aparıblar”, - İDF öz Telegram kanalında yazıb.

İDF mülki əhaliyə dəyən zərərin minimuma endirilməsi üçün zərbədən əvvəl tədbirlərin görüldüyünü vurğulayıb. Belə ki, zərbələr yüksək dəqiqlikli silahlarla həyata keçirilib və əlavə kəşfiyyat məlumatlarından istifadə edilib.