Вернуться назад Распечатать

İsrailin ABŞ-dakı səfiri İsrail ordusunun HƏMAS liderlərinə yenidən hücum etməyi planlaşdırdığını deyib

İsrailin Qətərin paytaxtına endirdiyi zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının liderlərinin sıradan çıxarılması ilə bağlı məlumat təsdiqini tapmasa, ölkənin Müdafiə Qüvvələri (IDF) növbəti dəfə başladıqları işi başa çatdıracaq.

1xeber.media xəbər verir ki, bunu sentyabrın 10-da İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter deyib.

Diplomatın sözlərinə görə, tənqid dalğası yenidən İsrailin üzərinə düşəcək, lakin bu, Təl-Əvivin məqsədlərinə çatmasına mane olmayacaq.

"Hazırda biz bir az tənqid obyektinə çevrilə bilərik. Onlar bundan sağ çıxacaqlar. İsrail yaxşılığa doğru dəyişir", - Reuters onun sözlərindən sitat gətirir.