Вернуться назад Распечатать

Netanyahu Doha hücumundan sonra Qətəri günahlandırdı

1xeber.media xəbər verir ki, baş nazir Binyamin Netanyahu Qətəri İsrail Müdafiə Qüvvələrinin (IDF) Dohada Həmas rəhbərliyinə hava hücumundan sonra terrorçulara sığınacaq verməkdə ittiham edib.

“Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: “Ya onları qovacaqsınız, ya da məsuliyyətə cəlb edəcəksiniz. Çünki siz etməsəniz, biz edəcəyik”, - deyə siyasətçi bildirib.

İsrailin baş nazirinin hava hücumundan sonra ilk dəfə Qətərin adını çəkdiyi bildirilir. Əvvəllər İsrail rəsmiləri hava hücumlarının hansı ölkəyə yönəldiyini heç vaxt açıqlamırdı.

Sentyabrın 9-da İDF Dohada Həmas rəhbərliyinə zərbələr endirib. İsrail ordusu əmin edib ki, Qətərin paytaxtına zərbə endirməzdən əvvəl İsrail hərbçiləri yüksək dəqiqlikli raketlərdən istifadə etməklə və əlavə kəşfiyyat məlumatları əldə etməklə, mülki əhaliyə dəyən ziyanı azaltmaq üçün tədbirlər görüblər.