Вернуться назад Распечатать

Etirazçılar Parisdə Qare de Lyonu bağlayıblar

1xeber.media xəbər verir ki, Parisdə dəmiryolçuların həmkarlar ittifaqlarının üzvləri Lion vağzalını bağlayaraq ölkə hakimiyyətinin siyasətinə etiraz aksiyası keçiriblər. Aksiyada həmkarlar ittifaqı bayraqları və məşəl yandıran 150-yə yaxın adam iştirak edib. 

Etirazçılar əvvəlcə stansiyadakı platformalardan birində gəzib, daha sonra vağzal binasında yerləşən kafenin eyvanına çıxıblar. Onlar Fransa prezidenti Emmanuel Makronu istefaya çağırıblar. Etiraz insidentsiz keçib.

Bildirilir ki, etirazçılar xüsusən də maliyyə bölgüsü məsələsinə yenidən baxılmasını, bu prosesin ədalətli olmasını tələb edirlər. Onların fikrincə, sistem iri şirkətlərə imtiyazlar verməməli, respublikanın hakimiyyət orqanları dövlət borcu ilə bağlı problemləri sadə zəhmətkeşlərin hesabına həll etməyə can atmamalıdır.

Daha əvvəl məlum olmuşdu ki, Fransada etirazçılar iqtisadiyyata görə küçələri bağlamağa və yanğınlar yandırmağa başlayıblar.