Вернуться назад Распечатать

Fransada çərşənbə günü keçirilən etiraz aksiyalarında 175 min insan iştirak edib

Fransada hökumət siyasətinə qarşı keçirilən etiraz aksiyalarına 175 min iştirakçı qatılıb.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 10-da ölkənin Daxili İşlər Nazirliyinə istinadən BFMTV kanalı məlumat yayıb.

Departamentin məlumatına görə, saat 17:00-a  ölkədə 812 etiraz aksiyası keçirilib, onlardan 550-si mitinq, 262-si isə müxtəlif saytların bloklanması cəhdi olub. Bəzi şəhərlərdə etirazlar iğtişaşlara çevrilib, nəticədə azı 13 polis əməkdaşı yaralanıb.

Bundan əlavə, Daxili İşlər Nazirliyi ölkə üzrə 473 nəfərin saxlandığını, onlardan 339-unun həbsdə olduğunu bildirib. Saxlanılanların yarısından çoxu 106 nəfərin həbs olunduğu Parisdə qeydə alınıb.