Вернуться назад Распечатать

Azərbaycan və Ermənistan nümayəndə heyətləri sərhəddə görüşübmüş

Ötən həftə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin nümayəndə heyətləri iki ölkənin sərhədyanı ərazilərində, Sünik vilayətinin cənub hissələrində və Zəngilan rayonu ərazisində görüşüblər. 

1xeber.media xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Nümayəndə heyətlərinin tərkibinə Ermənistan və Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.