Вернуться назад Распечатать

Tramp Netanyahudan Qətərə yeni zərbələr endirməməyi tələb edib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahudan Dohada Fələstinin HƏMAS radikal hərəkatının liderlərinə hücumdan sonra Qətərə növbəti zərbələr endirməməyi öhdəsinə götürməsini tələb edib.

1xeber.media xəbər verir ki,bu barədə sentyabrın 11-də mənbələrə istinadən Axios portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Netanyahu Dohaya hücumdan əvvəl Tramp və ya onun baş müşavirlərindən heç biri ilə məsləhətləşməyib.

"Bu hücum təkcə İsrailin qlobal etibarına deyil, həm də Amerikanın potensial etibarına xələl gətirdi. Qətərin baş naziri Ağ Evə deyib ki, ölkəsi indi bu "xəyanət" aktından sonra Vaşinqtonla təhlükəsizlik tərəfdaşlığına yenidən baxacaq", - məqalədə deyilir.