1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin tarixi irs obyektlərini məhv etmək siyasətini açıqca barbarlıq kimi qiymətləndirib.
"Bu böhranın başqa bir təzahürü var - bu, artıq açıq barbarlığa bir növ dönüşdür. Bir sıra Qərb ölkələri öz ərazilərində özlərinin ucaltdıqları abidələri sökürlər", - Zaxarova Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində jurnalistlərə deyib.
Diplomat vurğulamışdır ki, bir çox Avropa ölkələri “əsrlər boyu özlərini, o cümlədən mədəniyyət sahəsində lider elan etdikləri halda, indi bunun tam əksini nümayiş etdirmələri” ilə bağlı böhran yaşayır.