Вернуться назад Распечатать

Trampın xüsusi nümayəndəsi Kiyevə gəlib

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfərə gəlib.

1xeber.media xəbər verir ki, bu barədə Telegram-da “RBK-Ukrayna” nəşri məlumat yayıb.

Nəşr adı açıqlanmayan mənbəyə istinadən bildirir ki, “Kelloqq Kiyevə səfərə gəlib”. Trampın xüsusi nümayəndəsinin səfəri ilə bağlı xəbəri sosial şəbəkələrdə də Ali Radanın deputatı Oleksiy Qonçarenko (Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxildir) təsdiqləyib.