Вернуться назад Распечатать

Polşanın xarici işlər naziri Sikorski vətəndaşlardan Rusiya və Belarusa səfər etməməyi xahiş edib

1xeber.media xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski sentyabrın 11-də RFM24 radiostansiyasına müsahibəsində ölkə vətəndaşlarını Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.

"Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kimsə gedirsə, riski öz üzərilərinə götürüb gedirlər", - o deyib.

Bu ölkələrdə girov götürülmə riskinin olduğunu vurğulayan Sikorski, mübadilə lazım olduğu təqdirdə Polşanın vətəndaşlara kömək edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.