Вернуться назад Распечатать

Sloveniya Dodikin ölkəyə girişinə qadağa qoyub

Sloveniya hökuməti Bosniya və Herseqovina (BH) Srpska Respublikasının prezidenti Milorad Dodikin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 11-də The Washington Post (WP) məlumat yayıb.

Bildirilir ki, bu qərar 2025-ci il avqustun əvvəlində Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının (MSK) Dodikin səlahiyyətlərinə xitam verilməsi barədə qərarından sonra qurum rəhbərinin prezident vəzifəsindən istefa verməkdən imtina etməsi ilə bağlıdır.

Nəşrin məlumatına görə, Srpska Respublikası prezidentinin ailəsi ölkədə bir sıra mülklərə, o cümlədən Adriatik sahillərində villalara malikdir.