Rusiya İran və Körfəz ölkələri arasında münasibətlərin normallaşdırılması üçün səyləri dəstəkləməyə davam etməyə hazırdır.
1xeber.media xəbər verir ki, bunu sentyabrın 11-də Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq iclasının yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Moskva vəziyyəti sabitləşdirmək, o cümlədən şura üzvlərinin müzakirə etdiyi İran İslam Respublikası ilə münasibətlərin normallaşdırılması təşəbbüslərində maraqlıdır.
"Biz Körfəz regionundakı vəziyyəti müzakirə etdik. Biz bu səyləri tərəflərin maraqlı olduğu dərəcədə dəstəkləməyə hazırıq", - Lavrov mətbuat konfransında qeyd edib.