Вернуться назад Распечатать

Elektron jurnal sayəsində valideynlər daim nəticələri izləyə biləcək

Elektron jurnallar sayəsində valideynlər övladlarının qiymətlərini daim nəzarətdə saxlaya biləcək. 

1xeber.media xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov qeyd edib. 

“Biz artıq rəqəmsal məktəb platformasına keçid etmişik. Kağız jurnalların ləğvi prosesin əsas nəticəsidir. Valideynlər artıq övladlarının akademik biliklərini, eyni zamanda onların nizam-intizam və davamiyyət məsələlərini daim nəzarətdə saxlaya biləcək ki, bu da platformanın əsas əhəmiyyətidir”. 

E. Bağırov onu da bildirib ki, platforma müəllimləin vaxtlarını inzibati işlərə sərf etməkdən çox öyrənmə və öyrətmə prosesinə yönəldəcək. Müəssə rəhbərləri üçün isə məlumat əsaslı idarəetmə imkanları yaradacaq.