Вернуться назад Распечатать

Şimali Koreyada "hamburger", "dondurma" və "karaoke" sözləri qadağan edilib

Şimali Koreya lideri Kim Çen In ölkədə "hamburger”, "karaoke” və "dondurma” sözlərinin istifadəsini qadağan etmək qərarına gəlib. 

1xeber.media xəbər verir ki. "The Sun” nəşrinin yazdığına görə, bu addım həmin ifadələrin yerli ekvivalentlərlə əvəz olunması məqsədilə atılıb.

Xüsusilə "hamburger” sözünün əvəzinə "dadzin-qoqi-qyoppan” (ikiqat çörək arasında mal əti qiyməsi), "dondurma”nın əvəzinə "esyukimo”, "karaoke” aparatlarının isə "ekran müşayiəti maşınları” adlandırılması təklif olunub.

Məlumata əsasən, rusiyalı və çinli turistləri qəbul edən Vonsan kurortunda fəaliyyət göstərən bələdçilərə Qərbdə və Cənubi Koreyada populyar olan ingilis mənşəli sözlərdən imtina etmələri tapşırılıb. Hazırda 20-30 nəfər bələdçi intensiv təlimlərdə iştirak edərək Şimali Koreya lüğətinə uyğunlaşmağa və xarici alınma sözlərdən uzaq durmağa öyrədilir.