Вернуться назад Распечатать

"Mənim vaxtımı və enerjimi boşa xərcləyirsiniz" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiyaya geniş sanksiyalar tətbiq etməklə bağlı NATO və dünya ölkələrinə məktub ünvanlayıb.

1xeber.media  xəbər verir ki, bu barədə o, “Truth” sosial mediasında yazıb.

Tramp bildirib ki, əgər NATO dövlətləri razılaşar və eyni şeyi etməyə başlayarsa, bütün NATO dövlətləri Rusiyadan neft almağı dayandırarsa, ABŞ Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməyə hazırdır.

Onun sözlərinə görə, bəzi NATO ölkələrinin Rusiyadan neft əldə etməsi şokedicidir: “Bu isə sizin Rusiya ilə danışıqlardakı mövqeyinizi və sövdələşmə gücünüzü çox sarsıtdı. Yenə də siz hazır olanda, mən də hazıram. Sadəcə, nə zaman olacağını deyin. Düşünürəm ki, bu və üstəlik, NATO-nun bir qrup olaraq Çinə 50-100 faiz arası tarif tətbiq etməsi bu ölümcül müharibəni bitirəcək. Çinin Rusiya üzərində güclü nəzarəti var və bu güclü tariflər onu qıracaq. Bu, Trampın deyil, Bayden və Zelenskinin müharibəsidir. Mən onu dayandırmaq, minlərlə rusiyalı və ukraynalının həyatını qurtarmaq üçün bu işin içindəyəm. Əgər NATO dediyim kimi etsə, müharibə tez bitəcək və bütün həyatlar xilas olacaq. Yoxsa siz mənim vaxtımı, enerjimi və ABŞ-ın pulunu boşa xərcləyirsiniz”.