Вернуться назад Распечатать

ABŞ-da Kirkin qatili ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinson transseksual şəxslə  birlikdə yaşayıb.

1xeber.media xəbər verir ki, Cinayətkarla bağlı yeni təfərrüatları onun X sosial şəbəkəsindəki səhifəsində Fox News-un jurnalisti Bruk Sinqman açıqlayıb.

Onun sözlərinə görə, keçid dövrünü yaşayan adam indi bu işdə Federal Təhqiqat Bürosu (FTB) ilə tam əməkdaşlıq edir.

"FTB-də Robinsonla bu şəxs arasında əlaqəni təsdiqləyən yazışmalar və digər materiallar var ki, bu da istintaqa nəhayət Robinsonun atəş açdığını müəyyən etməyə kömək etdi" dedi.

Bundan əvvəl FTB Kirkin qətlində əsas şübhəli sayılan Robinsonun şərikini yoxlamağa başlayıb. Agentliyi bu fərziyyəyə sui-qəsddən sonra Robinzona bənzər bir şəxsin telefonla danışdığını göstərən interkomdan çəkilmiş video vadar edib.