Вернуться назад Распечатать

Mask, London etirazları fonunda Böyük Britaniya parlamentinin buraxılmasını tələb edir

Amerikalı sahibkar Elon Mask Londonda keçirilən nümayişlər fonunda Böyük Britaniya parlamentinin buraxılması və erkən seçkilərin keçirilməsinə çağırıb.

1xeber.media xəbər verir ki, O, bu barədə sentyabrın 13-də sağçı fəal Tommy Robinsonun mitinqində videobağlantı vasitəsilə danışarkən bildirib.

London Evening Standard onun sözlərindən sitat gətirir: "Bizim daha dörd il vaxtımız yoxdur və ya növbəti seçkilər nə vaxt olsa, bu çox uzundur. Nəsə etmək lazımdır. Parlamenti buraxıb yeni səsvermə keçirməliyik".

Onun sözlərinə görə, Böyük Britaniya kütləvi nəzarətsiz miqrasiya nəticəsində məhv edilir. Sahibkar ölkədə zorakılığın artacağını da proqnozlaşdırıb və xalqın ya müqavimət göstərəcəyini, ya da öləcəyini vurğulayıb.