Вернуться назад Распечатать

Nazirlər Kabinetindən Bakı ilə bağlı mühüm SƏRƏNCAM

Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması həyata keçiriləcək.

1xeber.media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında” sərəncamda əksini tapıb.