Вернуться назад Распечатать

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının rəhbərliyində dəyişiklik

2025-ci il 8 sentyabr tarixində, Azərbaycanda ov və təbiət turizmi sahəsində fəaliyyət göstərən ictimai təşkilatları və çoxsaylı üzvləri özündə birləşdirən Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının növbəti hesabat seçki yığıncağı keçirilib.

1xeber.media xəbər verir ki,toplantı zamanı son iki il ərzində Assosiasiyanın gördüyü işlər, həyata keçirilmiş fəaliyyətlər və üzvlərin çıxışları dinlənilmiş, İctimai Birliyə yeni rəhbər heyətlə bağlı təkliflər  dinlənilmişdir Polad Tofiq oğlu Rzayev yekdilliklə Assosiasiyanın sədri vəzifəsinə seçilmişdir.

Qeyd edək ki,Polad Tofiq oğlu Rzayev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin  ehtiyatda olan mayorudur.

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası — ölkədə ovçuluq, biomüxtəliflik, təbiət və ekoturizm sahəsində ixtisaslaşmış, aidiyyəti dövlət qurumları ilə aktiv əməkdaşlıq edən ölkənin aparıcı ictimai təşkilatlardan biridir. Yeni rəhbərlik Assosiasiyanın fəaliyyətini daha da genişləndirmək, yeni layihələrə imza atmaq və ölkədə təbiət turizmi sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.

Toplantı çərçivəsində həmçinin təşkilatın  sədr müavini və  icraçı direktor postlarına da seçkilər keçirilərək Birliyin rəhbər heyəti tam şəkildə formalaşdırılmışdır.

Qeyd edək ki, Polad Rzayev Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusudur və İkinci Qarabağ müharibəsi qazisidir.

Azerbaycan bayrağı ordeni, “şücaətə görə” ve rayonlarin işğaldan azad olunması medalları ilə təltif olunmuşdur.