Вернуться назад Распечатать

Xalq artisti Hacı Murad Yengizarovun nəşi sabah Azərbaycana gətiriləcək

Xalq artisti Hacı Murad Yengizarovun nəşi sabah Azərbaycana gətiriləcək.

1xeber.media xəbər verir ki,  bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qalq artisti Hacı Murad Yengizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 15 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.
Onun ənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonranəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Hacı Murad Yengizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoymuş, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə vermişdir. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.