Вернуться назад Распечатать

Polşalı deputatın maşını Brüsseldə vurulub

Polşalı deputat Valdemar Buda Brüsseldə onun avtomobilinə atəş açıldığını bildirib.

1xeber.media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Doqquz dəqiq atış. Hücum zamanı mən avtomobildə deyildim. Atəş açılan yeganə avtomobil mənimki olub, görünür, planlaşdırılmış hərəkətdir. Belçika xidmətləri işləyir", - nəşr yazır.

Avropa Parlamentinin deputatı avtomobilinin fotosunu da dərc edib. Kadrlarda şüşədə bir neçə cızıq var. Budanın özünün dediyinə görə, atışlar üçün pnevmatik silahdan istifadə edilib.

Sentyabrın 10-na keçən gecə naməlum pilotsuz təyyarələrin Polşa sərhədini keçdiyi də məlum olub. Ölkənin baş naziri Donald Tuskun sözlərinə görə, səmada ümumilikdə 19 pilotsuz uçuş aparatı aşkar edilib ki, onların da əhəmiyyətli hissəsi Belarus ərazisindən uçub.